Suveyda atəşkəs razılaşması əldə edilib
O, kukla olmaq istəyir? - Paşinyan Karapetyanı ittiham etdi
Azər Qasımlıya ittiham elan olundu
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı
Həkim əməliyyat etdiyi xəstəni qəbul etmədi
Kiyev meri Vitali Kliçko əsgərlərə 3 min PUA verdi
Mutvalı Şıxlinski məhkəməyə gətirilib, amma...
Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi


11.05.2022  14:44 

ABŞ Dövlət Departamenti hakimiyyətə çağırış etdi





A+  A-

“ABŞ Aytən Məmmədovanın işini diqqətlə izləyir, Azərbaycan hakimiyyətini araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırır”.

XəzərNews.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü “Turan”a deyib.

Departament sözçüsü bildirib ki, Vaşinqton Azərbaycanda konstitusion hüquqlarından istifadə edən vətəndaşlara qarşı zorakılıq, o cümlədən hücum iddiaları və digər təzyiqlərdən dərin narahatdır.

“Jurnalist Aytən Məmmədovaya hücumu pisləyirik. Bu hücum Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib. Biz bu işi diqqətlə izləyirik, səlahiyyətli şəxsləri araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq”, – deyə açıqlamada qeyd olunur.



ABŞ bütün hökumətləri medianın təhlükəsizliyini təmin etməyə, jurnalistlərin zorakılıq, təhdid və ya ədalətsiz həbsdən qorxmadan işlərini yerinə yetirmək imkanlarını qorumağa çağırdığını da bəyan edib.

“ABŞ mətbuat azadlığının və bütün dünyada jurnalistlərin və media işçilərinin təhlükəsizliyinin tərəfdarıdır”, – deyə Dövlət Departamentinin sözçüsü fikini yekunlaşdırıb.

Aytən Məmmədova mayın 11-də Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi şöbəsində ekspertizadan keçib.

Bu barədə jurnalist özü Meydan TV-yə məlumat verib.

Mayın 8-də gecə saatlarında jurnalist Aytən Məmmədova naməlum şəxsin hücumuna məruz qalıb.

Jurnalistin sözlərinə görə, yaşadığı binanın blokuna girərkən bir nəfər arxasınca gəlib və liftdə bıçağı onun boğazına dirəyib: “Mənə dedi ki, sən ağıllanmayacaqsan? Qızımla hədələdi”.

Jurnalistə hücumla bağlı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

Aytən Məmmədovanın ən çox ictimailəşdirdiyi iş Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı gedən məhkəmə işidir.

Jurnalist sosial şəbəkələrdə İlkin Süleymanovun günahsız olması, təzyiqlərə məruz qalması ilə bağlı paylaşımlar edirdi.

Xəbər 5408 dəfə oxunub.




16.07.2025  20:55 

Epi ləqəbli reper həbs olundu

16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur

16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU


BÜTÜN XƏBƏRLƏR +