Suveyda atəşkəs razılaşması əldə edilib
O, kukla olmaq istəyir? - Paşinyan Karapetyanı ittiham etdi
Azər Qasımlıya ittiham elan olundu
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı
Həkim əməliyyat etdiyi xəstəni qəbul etmədi
Kiyev meri Vitali Kliçko əsgərlərə 3 min PUA verdi
Mutvalı Şıxlinski məhkəməyə gətirilib, amma...
Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi


12.04.2019  11:17 

AŞPA dərin böhrana sürüklənir





A+  A-

Məruzəçiyə ikiqat təşəkkür etmək istərdim. Birincisi, bütün ölkələri, xüsusilə də Avropa Şurasına üzv olan ölkələri əhatə edən cinayətkarlıq, çirkli pulların yuyulması, qeyri-qanuni iqtisadi fəaliyyətlərə qarşı mübarizə aparmaq kimi vacib məsələ ilə bağlı məruzə hazırlayıb. İkinci təşəkkürüm isə məruzənin tərtibatına görədir. Cinayətkarlığa qarşı mübarizə elə təqdim olunub ki, onu siyasiləşdirmək, ona siyasi don geyindirərək ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etmək mümkünlüyü verilib.
XəzərNews.az-ın məlumatına görə, bu fikirləri AŞPA-nın yaz sessiyasında hollandiyalı deputat Mart van de Veninin hazırladığı "Landromat – mütəşəkkil cinayətkarlıq, korrupsiya və çirkli pulların yuyulmasına qarşı beynəlxalq mübarizədə yeni çağırışlara münasibət” adlı məruzə ilə bağlı çıxışında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

O, məruzənin vacibliyini qeyd edərək, onun siyasiləşdirilməsinə təəssüfünü bildirib.

Qeyd edib ki, bu gün bütün ölkələr bir-biri ilə əlaqədədir. "Landromat” mexanizmi Avropada kəşf edilib, Estoniyada yaradılıb və müxtəlif ölkələrdə tətbiq olunub. Bu problemin əsil səbəbi onu icad edib yaradanlardadır. Bu baxımdan bu problemlə bağlı təkcə bu məruzədə adı çəkilən ölkələrdə deyil, məhz digər "korekt” üzv ölkələrdə də araşdırılmalıdır. Yalnız belə halda bu məruzə obyektiv ola bilər və bu cür cinayətkarlara qarşı ədalətli mübarizə apara bilərik.

"Təəssüflər olsun ki, bu təşkilatda bəziləri bir çox böyük dövlətlərin adını səsləndirməkdən çəkinirlər, çünki qorxurlar. Böyük dövlətlərdə belə araşdırmalar apara bilməzlər. Avropa İttifaqının bəzi ölkələrində belə araşdırmalar aparmağa cürət etmirlər. Məhz buna görə də, bu məruzə tənqid olunur. Çünki qorxu əsasında yazılmış məruzə obyektiv ola bilməz. Heç kim, heç bir ölkə mükəmməl deyil. Ancaq barmağı bir ölkəyə tuşlayıb, onun üzərində durmaq mənfi nəticələrə səbəb olaraq, təşkilatı daha dərin böhranlara sürükləyəcək”, - deyə S.Seyidov diqqətə çatdırıb və deputatları obyektiv olmağa çağırıb.

Xəbər 3050 dəfə oxunub.




16.07.2025  20:55 

Epi ləqəbli reper həbs olundu

16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur

16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU


BÜTÜN XƏBƏRLƏR +