Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


27.05.2017  17:16 

Prezident həmkarlarına məktub göndərdi





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşomeyə təbrik məktubu ünvanlayıb.
XəzərNews.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Efiopiya xalqına sülh və tərəqqi diləyirəm”.

Dövlət başçısı Nepal Federativ Demokratik Respublikasının Prezidenti xanım Bidhya Devi Bhandarini də təbrik edib.

Məktubda qeyd olunur: “Hörmətli xanım Prezident, Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Nepal xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

Xəbər 2930 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +