Suveyda atəşkəs razılaşması əldə edilib
O, kukla olmaq istəyir? - Paşinyan Karapetyanı ittiham etdi
Azər Qasımlıya ittiham elan olundu
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı
Həkim əməliyyat etdiyi xəstəni qəbul etmədi
Kiyev meri Vitali Kliçko əsgərlərə 3 min PUA verdi
Mutvalı Şıxlinski məhkəməyə gətirilib, amma...
Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi


10.02.2017  11:16 

Azərbaycan və Aİ arasında ilkin müzakirələrin detalları açıqland





A+  A-

 

Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üzrə aparılan ilkin danışıqlarda sırf texniki məsələlər müzakirə olunub.

Bu barədə XəzərNews.az-a Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib. O bildirib ki, görüşdə substantiv heç nə danışılmayıb: “Hələ ki bizim layihə üzrə onların mövqeyini gözləyirik. Onlar indiyə qədər bizə məlumat verməyiblər. Mən orada olanda da dedim ki, bu məlumat bizə verilməlidir ki, biz baxaq və ondan sonra substantiv danışıqlar aparaq. Mən ayrıca olaraq onların danışıqlar üzrə rəhbəri ilə də görüşdüm. İki saata yaxın görüş keçirdik. Kiçik texniki məsələləri, görüşlərin necə olması, hansı formada keçirilməsi, videokonfransların təşkili barədə müzakirələr apardıq. Lakin əsas məsələ bizim təqdim etdiyimiz layihəyə onların münasibətini öyrənməkdir. Nə qədər tez öz təkliflərini, düzəlişlərini versələr, o qədər yaxşı olar. Çünki bizə vaxt lazımdır. Azərbaycanda bütün qurumlar bu məsələdə iştirak edirlər. Biz ciddi müzakirə aparmalı və mövqelərimizi müəyyənləşdirməliyik”.

Nazir müavini qeyd edib ki, Azərbaycan üçün ən həssas mövzular təhlükəsizlik, siyasi məsələlər və münaqişədir: “Qarşı tərəf də əsasən siyasi və təhlükəsizlik məsələsinə həssas yanaşır. Çünki bu məsələ həllini tapmasa, digər məsələlər çətin olacaq. Sülh, sabitlik olmasa, nədən danışa bilərik? Onlar ticarət, investisiya, sərmayə məsələlərinə də ciddi diqqət ayırırlar. Amma yenə deyirəm ki, ilk növbədə onların bizim layihə üzrə konkret təklif və düzəlişlərini görüb, ona uyğun hazırlaşmalıyıq. Bütün danışıqlar 3 blok üzrə aparılır. Birincisi siyasi və təhlükəsizlik məsələləri, ikincisi ticarət və sərmayələr, üçüncüsü yerdə qalan digər iqtisadi, sosial, humanitar və sair məsələlər. Onlar təklif edir ki, müzakirələr bu 3 blokda paralel getsin. Təbii ki, biz bu təklifə baxacağıq. Lakin vurğulamışıq ki, birinci blok bizim üçün çox əhəmiyyətlidir. Təklif etmişik ki, biz bu blokdan başlayaq. Sonra ola bilsin, paralel o biri bloklara baxarıq”.   



Xəbər 3266 dəfə oxunub.




16.07.2025  20:55 

Epi ləqəbli reper həbs olundu

16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur

16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU


BÜTÜN XƏBƏRLƏR +