Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


17.03.2021  09:28 

“İsrail daha 4 ölkə ilə sülh sazişi imzalamağı planlaşdırır” - Netanyahu





A+  A-

“Təl-Əviv daha dörd ölkə ilə münasibətlərin normallaşdırılmasına dair saziş imzalamağı planlaşdırır”.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail Baş naziri Binyamin Netanyahu yerli “Ynet” telekanalına müsahibəsində bildirib.

Netanyahu xatırladıb ki, hazırda İsrail hökuməti Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn də daxil olmaqla dörd ölkə ilə münasibətləri normallaşdırıb.

“Mən dörd sülh sazişi imzalamışam, daha dördünü imzalamağa hazırlaşıram. Onlardan birini bir gün əvvəl müzakirə etdim. Regionun liderlərindən biri ilə 45 dəqiqəlik telefon danışığım oldu”, - hökumət başçısı bəyan edib.

Netanyahu telefonla söhbət etdiyi liderin və sülh sazişi imzalamağı planlaşdırdığı dörd ölkənin adını açıqlamayıb.

Bu məqamda qeyd edək ki, ABŞ-ın keçmiş Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner martın 15-də “The Wall Street Journal” jurnalındakı məqaləsində Səudiyyə Ərəbistanı, Qətər, Oman və Mavritaniyanın İsraillə sülhə yaxın olduğunu qeyd edib.

Xatırladaq ki, İsrail 2020-ci il sentyabrın 15-də Ağ Evdə keçirilən mərasimdə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə münasibətlərin normallaşdırılmasına dair sazişlər imzalayıb.

Rəsmi Xartum ötən il oktyabrın 23-də Sudanın “terrorizmi dəstəkləyən ölkələr” siyahısından çıxarılmasına cavab olaraq, İsraillə münasibətlərin normallaşdırılması haqqında qərar qəbul edib.

Mərakeş-İsrail münasibətlərinin normallaşdırılması haqqında saziş dekabrın 10-da imzalanıb.

Xəbər 1497 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +