“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


11.03.2024  13:38 

“Ermənistandan böyük köç başlayacaq“ - Açıqlama





A+  A-

“Rusiya Ermənistana qazı kifayət qədər ucuz satır. Hələ ki, bu ölkənin bazarı erməni malları üçün açıqdır. Ermənilərin əsas ixrac bazarı da elə Rusiyadır. Onların əksəriyyəti Rusiyada yaşayır, işləyir və ölkələrinə pul göndərir. Məsələn, ötən il bu rəqəm təxminən 4 milyard dollara bərabər olub. Təkcə Ermənistanın ÜDM-nin 17-20 faizi Rusiyadan göndərmələrin hesabına formalaşır. Bütün bunlara baxmayaraq, Ermənistan rəhbərliyi Qərbə inteqrasiya etməyə çalışır”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Bakupost.az -a politoloq İlqar Vəlizadə söyləyib.
O bildirib ki, hazırki vəziyyətdə Ermənistan Rusiya ilə münasibətlərini kəssə, erməni ailələri parçalanacaq. Çünki erməni əhalisinin əksəriyyəti Rusiyada işləyir. Digər yandan, qazın qiyməti artacaq, ixrac potensialı azalacaq:

“Hazırda erməni əhalisi anti-Rusiya kursunu ürəklə dəstəkləyir, amma bunun əks tərəfini görmür. Bunun iqtisadi nəticələrini görsələr, bu kursu dəstəkləyəcəklərmi? Sadəcə çıxıb gedəcəklər. Onsuz da gedirlər. İqtisadi problemlər bu köçü daha da sürətləndirəcək. Bu durum Rusiya üçün də sosial ağırlıq gətirəcək, çünki onların hamısını yerləşdirmək lazım gələcək.

Artıq Krasnodarda yer yoxdur, Moskva bazarlarında da yerlər məhduddur. Ermənistan rəhbərliyinin bu kursun nəticələrini görüb-görmədiyini demək çətindir, amma erməni cəmiyyəti anlamır ki, Rusiya ilə əlaqələrin kəsilməsi nə vəd edir”.



Xəbər 1062 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +