200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


08.06.2021  19:17 

Bütün mina xəritələrini təhvil vermək lazımdır - ABŞ rəsmisi





A+  A-

Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi üçün bütün xəritələri təhvil vermək lazımdır.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker deyib.

Azərbaycanlı jurnalistlərin Kəlbəcər rayonunda minaya düşərək həlak olması barədə F.Riker bu hadisəni faciə adlandırıb: "İnsanların mina partlaması nəticəsində həyatını itirməsi faciədir. Hesab edirik ki, bütün xəritələri təhvil vermək lazımdır. Biz ərazilərin minalardan təmizlənməsi prosesində texniki yardım göstərə bilərik".

F.Riker Ermənistanla Azərbaycan sərhədində baş vermiş son hadisələrdən narahatlığını bildirib: "Biz tərəfləri məsələni tez bir zamanda dinc yolla həll etməyə çağırırıq. Tərəflər ATƏT Minsk qrupunun sədrliyi ilə substantiv danışıqları bərpa etməlidir".

Xəbər 2589 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +