200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


23.01.2020  17:01 

“Bu seçkidən 1 hektar torpaqla ayrılırsız” - Məzahir Pənahov





A+  A-

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 98 saylı Şəmkir seçki dairəsindən namizədliyini öz təşəbbüsü ilə irəli sürülmüş Əliyev Vüqarın müraciətinə baxılıb.
XəzərNews.az xəbər verir ki, ərizəçi iddiasında bildirib ki, imzaların yoxlanılması prosesində iştirak etməyib. Dairə Seçki Komissiyasının qərarında bildirib ki, 100 imza bir dövlət qulluqçusu tərəfindən toplanıb və namizədin adına olan əmlak sənədlərdə qeyd edilməyib. Mərkəzi Seçki Komissiyası müraciəti araşdırıb və məlum olub ki, 100 imza dövlət qulluqçusu tərəfindən toplanmayıb. Ona görə də müraciətin bu hissəsi qismən təmin edilib. Əmlakla bağlı məsələ isə qüvvədə saxlanılıb. Qərara əsasən, namizəd qeydiyyata alınmayıb. İclasda çıxış edən V. Əliyev bildirib ki, pay torpağından xəbəri olmayıb: "Uzun illər hərbidə olmuşam. Ehtiyatda olan zabitəm. Bizdən bu pay torpağını gizlədiblər".

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, o zaman bu seçki prosesinin sizə xeyri oldu: "Bu seçkidən 1 hektar torpaqla ayrılırsız".

Xəbər 2118 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +