200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


05.02.2017  14:39 

İran OPEK-lə razılaşmaya zidd hərəkət etdi





A+  A-

 

İran Milli neft kompaniyası martın 20-dək hasilatın həcmini sutkada 4 milyon barelədək artıracaq.

XəzərNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin rəhbəri Əli Kardor bildirib.

“SHANA” agentliyinin məlumata görə, OPEK-lə razılaşmaya əsasən İranın sutkalıq hasilat həcmi 3,79 milyon bareli keçməməlidir.

Əli Kardor sözlərinə görə, 2016-cı ilin dekabrında İran Avropaya rekord həcmdə - sutkada 0,9 milyon barel neft tədarük edib.

Xatırladaq ki, Vyanda ötən ilin noyabrında OPEK ölkələri ümumi hasilatın  sutkalıq həcmini  32,5 mln. barel səviyyəsinə endirməyi qərara alıblar.  Bu səbəbdən təşkilat üzvləri 2017-ci ilin birinci rübündə orta sutkalıq hasilatı 1,2 milyon barelə qədər azaltmalıdır.

Barəsindəki sanksiyaların yeni ləğv edildiyi üçün İran istisna olunmuşdur.  OPEK İrana hasilat həcmini sutkada 90 min barel artıraraq - 3,797 milyona çatdırmağa icazə vermişdi.



Xəbər 941 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +