Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


17.01.2019  09:15 

Təbii fəlakətlər hər il Azərbaycana 250-300 milyon dollar ziyan vurur





A+  A-

“Hesablamalara əsasən, Azərbaycan ərazisində təbii proseslərdən dəyən orta çoxillik zərər təxminən 250-300 milyon dollardır ki, bu da ölkənin illik ümumi daxili məhsulunun 0,4-0,5 faizini təşkil edir”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.

Şöbə müdiri bildirib ki, yalnız 2000-2014-cü illərdə təbii fəlakətlər nəticəsində Azərbaycan iqtisadiyyatına orta hesabla 2,5-3 milyard manat ziyan dəyib:

“Respublika ərazisində təbii fəlakət nəticəsində dəyən zərərin həcmi ilk növbədə onun bölgə və yaşayış məntəqələri üzrə əhatəliliyindən, daha sonra isə texnogen proseslərin intensivliyindən, təkrarlanmasından asılıdır. Ən çox zərər yaradan isə geoloji (zəlzələ, sürüşmə, uçqun) və hidrometeoroloji (sel, daşqın, subasma, doluvurma) proseslərdir”.

Alimin sözlərinə görə, respublikada fəaliyyət göstərən sığorta şirkətlərinin nə nizamnaməsi, nə yığım fondu, nə də ümumi kapitalı iri həcmli təbii fəlakətlər zamanı əhaliyə sığorta yardımı göstərilməsinə imkan verir. Bununla belə, təbii fəlakətlər zamanı əhaliyə və təsərrüfat sahələrinə böyük həcmdə zərər dəydikdə dövlət ikinci sığortaçı kimi çıxış edir.

N.Paşayev hesab edir ki, təbii fəlakətlərdən sığortaolunmanın səmərəli ərazi təşkili üçün sığorta növləri inkişaf etdirilməli, çoxnövlü sığorta şirkətlərinin yaradılmasına maliyyə köməyi göstərilməli və digər tədbirlər həyata keçirilməlidir.

Xəbər 2629 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +