Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


01.01.2018  16:43 

Azərbaycan Rəqabət Məcəlləsini bu il qəbul edəcək





A+  A-

“Biz çalışdıq ki, Milli Məclisin 2017-ci il payız sessiyasının gündəliyinə Rəqabət Məcəlləsini daxil edək. Dedilər ki, Prezident Administrasiyasında bu məsələyə baxılır”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, ona verilən məlumata görə, Rəqabət Məcəlləsi 2018-ci ildə parlamentin iclasının gündəliyinə daxil ediləcək.

“2018-ci ildə Azərbaycanda Rəqabət Məcəlləsi qəbul ediləcək. Rəqabət yaradacaq məhsulların davamlı istehsalını təmin etmək, ixrac yönümlü məhsulların istehsalını təşkil etmək üçün mütləq Məcəllə qəbul edilməli, inhisarçılıq aradan qaldırılmalıdır. Rəqabət Məcəlləsi bütün dünyada qəbul olunub”.

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi iki oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib.

Xəbər 3042 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +