Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


31.12.2017  16:38 

İranda etirazçıları güllələdilər





A+  A-

Dekabrın 28-dən etibarən İranı bürüyən kütləvi etirazlar davam edir.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, etirazlar paytaxt Tehranda da baş qaldırıb və polislə toqquşmalar, hökumət binalarına hücum cəhdləri ilə müşaiyət olunub.

“Reuters”in bildirdiyinə görə,, Dorud şəhərində polis iki nümayişçini güllələyib. Sosial şəbəkələrdə yayılan kadrlara əsasən iki gənc qan içində yerdə uzanıb, kadr arxasından səs isə bildirir ki, onlar polisin açdığı atəşlə vurulublar.

Videokadrlarda nümayişçilərdən biri qışqırır: “Mənim qardaşımı öldürənləri öldürəcəm!”

İran hakimiyyətinin nümayəndəsi ölkə televiziyası ilə bəyan edib ki, Dorud şəhərində iki nümayişçini polis yox, “xarici agentlər” güllələyib.

Dorud şəhərindən yayılmış digər videokadrlarda nümayişçilər “Diktatora ölüm!” şüarları qışqırırlar, ehtimal ki, onlar ali dini lider Əli Xamneyini nəzərdə tuturlar. Ölkənin şimal-şərqindəki Məşhəd şəhərində isə üç gündür ara verməyən nümayişlər zamanı etirazçılar polis maşınlarını aşırıb, asayiş keşikçilərinin motosikletlərini yandırıb.

Tehranda 70-dən çox tələbə ölkənin əsas universitetinin binası qarşısında toplaşaraq polisi daşa basıblar və “Diktatora ölüm!” şüarı səsləndiriblər. Universitetə yaxın küçələrdə isə polis etirazçıları dağıdıb, onlara qarşı dəyənəklər tətbiq edib. Asayiş qüvvələri etirazçıların iğtişaşlar baş verdiyi yerə cəmləşməsini əngəlləmək üçün iki metro stansiyasını bağlamalı olub. Tehran polisinin rəis müavini şəhərdə vəziyyətin tam nəzarət altında olduğunu bildirib və deyib ki, əgər iğtişaşlar davam etsə etirazçılar dövlətin “dəmir yumruğu” ilə tanış olacaqlar.

Ötən gün dekabrın 30-da İran hakimiyyəti ölkəni bürüyən etirazlara cavab olaraq paytaxt Tehranda öz tərəfdarlarını küçələrə çıxarıb, minlərlə hakimiyyət tərəfdarı və “Bəsic” könüllüləri əllərində Xamneyinin portretlərini tutublar.

Son məlumatlara görə etiraz aksiyaları İranın onlarla şəhərində keçirilir və polislə toqquşmalar baş verir, lakin küçələrə çıxan kütlənin getdikcə aqressivləşdiyi müşahidə olunur.

Xəbər 2930 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +