Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


30.12.2017  13:11 

Bakı metrosunda Yeni il şənliyi





A+  A-

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında sərnişinlərə növbəti dəfə bayram əhvalı yaşadıb.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bu gündən etibarən metro stansiyalarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbirlərə start verilib. Şaxta baba və Qar qız metronun kiçik sərnişinlərinə - uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar hədiyyə edib.

Tədbirə "İçərişəhər" metrostansiyasından start verilib. Şaxta baba və Qar qız bu stansiyaya "Bakmil"dən retro qatarla gəliblər. Şaxta baba və Qar qız obrazlarında "Bakı Mertopoliteni" QSC-nin rəhbər işçiləri - qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev və marketinq şöbəsinin rəisi Lalə Babayevadır.

Şaxta baba və Qar qız bütün metro stansiyalarını gəzərək balaca sərnişinlərə hədiyyələr paylayıb.

Qeyd edək ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, ilin son sosial layihələrini gerçəkləşdirib.

Yeni ilin gəlişi ilə bağlı artıq “Elmlər Akademiyası”, “28 May”, “Koroğlu”, “İçərişəhər”, həmçinin Bənövşəyi xəttin “Memar Əcəmi” stansiyalarının vestibüllərində Yeni ilin rəmzi olan bəzədilmiş işıqlı şam ağacları quraşdırılıb və monitorlarda bayram təbrikləri yerləşdirilib. Bu dəfə də stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunub. Dekabrın 30, 31-i və yanvarın 1, 2-si sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramı təqdim olunacaq.

Xəbər 3227 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +