Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


29.12.2017  15:06 

Bakıda şirkət bir günə 90-dan çox kişini işdən qovdu





A+  A-

Bakıda tikinti şirkətinin 90-dan çox işçisi bir gündə işdən çıxarılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Baku.ws”ə “North West” şirkətinin işdən qovulan işçiləri məlumat veriblər.

Onların sözlərinə görə, şirkət rəhbərliyi son bir ayın maaşını da verməyib.

“Bizi heç bir xəbərdarlıq edilmədən işdən çıxarıblar. Sayımız 90-dan çoxdur. Səbəb kimi deyirlər ki, şirkətdə böhran yaşanır. Bunu başa düşdük, amma əvvəlcədən deyərdilər ki, işdən çıxarılacağıq, biz də işimizi bilərdik. Bir günün içərisində hamımızı işdən qovdular. Təzminat tələb edirik”, - deyə şikayətçilər bildirib.

Narazı işçilərin sözlərinə görə, işdən çıxarılmaları ilə yanaşı müxtəlif hədə-qorxu gəliblər və çalışanları təhqir ediblər.

“Bizimlə əmək müqaviləsi də imzalanmayıb. Qanundan yayınıblar”, - deyə “North West” şirkətindən çıxarılan Kənan Əmrahlı bildirib.

90-dan çox işçi etiraz əlaməti olaraq Aeroport yolunu bağlayacaqlarını söyləyib.

Xəbər 2997 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +