Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


24.04.2017  17:14 

Texniki baxışdan keçirilməyən avtomobillər...





A+  A-

Yanvarın 1-dən başlanan avtomobillərin texniki baxışının birinci mərhələsi mayın 1-i bitir. Bəs görəsən bu müddət ərzində istifadəyə yararsız avtomobillər aşkarlanıbmı?
Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, istənilən halda texniki baxış zamanı nasazlıq aşkarlanarsa, həmin nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir.
“Avtomobilin texniki nasazlıqlarının aradan qaldırılması üçün zaman verilir. Əgər nəqliyyat vasitəsinin sahibi bacarırsa, nasazlıqları özü aradan qaldırır və yaxud da texniki təmir stansiyasında nasazlıqların aradan qaldırılmasını həll edir. Daha sonra aşkarlanan nasazlıqların aradan qaldırılması ilə bağlı arayış təqdim edir. Nəqliyyat vasitəsi təkrar müayinə olunduqdan sonra nəqliyyat vasitəsi texniki tələblərə cavab verirsə, saz vəziyyətdədirsə texniki baxışdan keçmiş hesab olunur və ona avtomobilinin istifadə edildiyi müddətə uyğun 1 və ya 2 illik texniki baxış talonu verilir. Texniki nasazlığı olduğu üçün texniki baxışdan keçməyən avtomobillərin sayı ilə bağlı tam məlumat verə bilmərəm, çünki texniki baxış 11 qeydiyyat-imtahan məntəqəsində keçirilir”.
Kamran Əliyev bildirib ki, MDB istehsalı olan nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddəti 1 həftə sonra, mayın 1-i bitir.
“MDB istehsalı olan köhnə minik avtomobillərinin texniki baxışdan keçmə müddəti yanvar ayının 1-dən mayın 1-nə qədərdir. Mayın 1-dən avqustun 1-ə qədər xarici dövlətlərdə istehsal olunan və onların baza modeli əsasında MDB dövlətlərində istehsal olunan minik avtomobillərinin texniki baxışdan keçmə müddətidir.

Avqust ayının 1-dən oktyabr ayının sonuna qədər isə avtobusların və yük avtomobillərinin texniki baxışdan keçməsi üçün müddətdir.
Texniki baxışdan təyin olunan müddətdə keçməyən sürücülər bilməlidir ki, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat cərimə olunur”.

(modern.az)

Xəbər 3142 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +