Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


31.03.2018  10:21 

Venesuelanın Azərbaycanda səfirliyi açılıb





A+  A-

Venesuela Bolivar Respublikasının Azərbaycanda səfirliyi açılıb.
XİN-dən XəzərNews.az-a daxil olan məlumata görə, Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi Səfir Pərvin Mirzəzadə Venesuelanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Floresi qəbul edib.

Venesuela səfirliyinin müvəqqəti işlər vəkili Venesuela xarici işlər naziri Jorje Arreaza Monzerrat tərəfindən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarova Venesuelanın Bakıda Səfirliyinin açılması və Pedro Argenis Sançes Floresin müvəqqəti işlər vəkili təyin olunması barədə məktubunu təqdim edib.

Görüşdə Qoşulmama Hərəkatının 3-6 aprel tarixlərində Bakıda keçiriləcək iclasına hazırlıq, Qoşulmama Hərəkatında sədrliyin 2019-cu ildə Venesueladan Azərbaycana keçməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər 1903 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +