Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


21.02.2018  16:12 

İlham Əliyevin imzatoplama kampaniyası BAŞA ÇATDI





A+  A-

Yeni Azərbaycan Partiyası (YAP)tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün partiyanın yerli strukturları tərəfindən mütəşəkkil surətdə həyata keçirilmiş imzatoplama kampaniyası başa çatıb.
Bu barədə XəzərNews.az-a Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq, prezidentliyə namizədin müdafiəsi üçün tələb olunan 40 mindən az olmayan sayda seçici imzası 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza olmaq şərtilə toplanmalıdır.

Yeni Azərbaycan Partiyası İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası prezidentliyinə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib. İcra katibliyində toplanmış imzalarla bağlı bir daha dəqiqləşdirmələr aparıldıqdan sonra sənədlər toplusu Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.



Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral ayının 8-də VI Qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.

Xəbər 1679 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +