200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


10.03.2023  19:02 

Suyun qiyməti qalxacaqmı?





A+  A-

“Bu gün suyun 1000 kubunun qiyməti dövlətə 70-80 manata başa gəlir”.

XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov “Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, lakin sudan istifadə birliklərinə 1000 kubu 50 qəpiyə satılır:

“Onlar da xərclərinə uyğun olaraq müəyyən qədər vəsaiti üzərinə gəlməklə istifadəçilərə təqdim edirlər”.

“Azərsu ASC”nin sədr müavini Etibar Məmmədov isə deyib ki, əhaliyə içməli su maya dəyərindən aşağı satılır:

“Tariflər normal olsa, “Azərsu” ASC daha rentabelli fəaliyyət göstərə bilər. Tariflərin gələcəkdə artırılması üçün biz də təşəbbüslə çıxış etmək istəyirik. İnkişaf etmiş ölkələrin heç birində və postsovet ölkələrinin heç birində bu tariflə su satılmır. Suyun qiymətinin artması bizim istəyimizdən asılı deyil. Lakin dövlət nə qərar qəbul edəcəksə, ona uyğun addım atılacaq. Əldə olunan vəsait şəbəkələrin yenilənməsinə sərf olunur”.

Xəbər 1299 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +