Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


05.05.2017  21:46 

NATO Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir





A+  A-

Xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin ictimai diplomatiya məsələləri üzrə müavini Tacan İldem ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-NATO əlaqələrinin hazırkı durumu və əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparılıb.
Tacan İldem NATO-nun Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini və Azərbaycanın NATO-nun dəyərli tərəfdaşı olduğunu deyib. O, Azərbaycanın NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək əməliyyatına, eləcə də əfqan ordusu üzrə Etimad Fonduna verdiyi töhfələrinin, ikitərəfli əsasda Əfqanıstanda davamlı inkişafa dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.
T.İldem ictimai diplomatiya sahəsində əməkdaşlığı qeyd edərək, Azərbaycan ictimaiyyətində NATO haqqında məlumatlandırmanın artırılması üçün ictimai xarakterli birgə tədbirlərin əhəmiyyətinə diqqət çəkib.
Görüşdə tərəflər Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı, Planlaşdırma və Analiz Prosesi və digər proqramlarında iştirakına dair fikir mübadiləsi aparıb və bu istiqamətdə əldə edilmiş nailiyyətləri təqdir ediblər.
Nazir E.Məmmədyarov qonağı Ermənistan-Azərbaycan münaqişəsi üzrə aparılan danışıqlar prosesinin cari durumu barəsində məlumatlandırdı və münaqişənin BMT-nin müvafiq qətnamələrində də təsbit edildiyi kimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu vurğulayıb və Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan qoşunlarının mövcudluğunun regional sülh və təhlükəsizliyə əsas təhdid olduğunu diqqətə çatdırıb.
T.İldem Mədəniyyətlərarası Dialoq üzrə IV Dünya Forumunun beynəlxalq əhəmiyyətli məsələlərin müzakirəsi və fikir mübadiləsi baxımından vacib platforma olduğunu deyib.

Xəbər 2786 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +