Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi


11.12.2021  10:37 

Güllələnən şəxsin qatili tapıldı - Öz qaynı olub





A+  A-

Bakı şəhərində baş vermiş qətl hadisəsinin üstü açılıb.

XəzərNews.az Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dekabr 10-da, saat 21:00 radələrində Suraxanı rayon sakini, Allahverdi Mirzəyevin odlu silahla öldürülmüş meyiti onun Hövsan qəsəbəsindəki evinin həyətində tapılıb.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı intensiv əməliyyat axtarışları nəticəsində qətli törədən şəxs “isti izlərlə” yaxalanıb.

Bu, mərhumun yaxın qohumu – qayını Taryel Qurbanovdur.

Xatırladaq ki, A.Mirzəyev 10 RL 313 dövlət nömrə nişanlı “Gelandewagen” markalı avtomobilindən düşüb evinin həyətinə daxil olan zaman arxadan baş nahiyəsindən atəş açılıb. O, hadisə yerində keçinib.

Məlumata görə, A.Mirzəyevin özü də bir neçə il öncə qətl hadisəsi törədib. O, bu səbəbdən uzun müddət həbsdə yatıb. Maraqlıdır ki, illər öncə törədilən bu qətl hadisəsinin də Allahverdi Mirzəyevə məxsus evin həyətində baş verdiyi bildirilir.
T.Qurbanov istintaqa təhvil verilib.

Xəbər 3338 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +