Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib
Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir


02.11.2023  12:02 

Dövlət büdcəsindən cəmi 7 rayona vəsait ayrılacaq





A+  A-

Bu gündən Milli Məclisin komitələri “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsini müzakirəyə çıxarıb.

Xəzərnews.az xəbər verir ki, gələn il dövlət büdcəsindən neçə rayona vəsait ayrılacağı məlum olub.

Belə ki, 2024-cü ilin dövlət büdcəsindən cəmi 7 rayona vəsait ayrılacaq.

Növbəti il 59 rayon və şəhər yerli gəlir və xərcləri tənizmləmək üçün büdcədən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək.

Layihəyə əsasən, gələn ilin dövlət büdcəsindən Cəbrayıl 1 milyon 214 min manat, Xocavənd 1 milyon 229 min manat, Xocalı 1 milyon 73 min manat, Kəlbəcər 1 milyon 945 min manat, Laçın 1 milyon 401 min manat, Yardımlı 1 milyon 863 min manat və Zəngilan 623 min manat vəsait ala biləcək.

Gələn il büdcədən vəsait alacaq 7 rayonun altısı Qarabağ və Şərqi Zəngəzirda yerləşir. İşğaldan azad olunan ərazilərimizdən kənarda yalnız Yardımlı rayonu dövlət büdcəsindən dəstək alacaq.

Xəbər 1130 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +