Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


12.10.2018  15:43 

Bakıda 100-ə yaxın mənzili soyan şəxs saxlanılıb





A+  A-

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində mənzillərdən və saxlanc yerlərindən silsilə oğurluqlar edən paytaxt sakini Zaur Süleykin saxlanılıb.
XəzərNews.az-ın məlumatına görə, araşdırma zamanı onun evlərin pəncərələrini və dəmir barmaqlıqlarını sındıraraq pul, qızıl-zinət əşyaları, habelə təmir-tikinti alətləri oğurlaması müəyyən edilib.

Z.Süleykinin ətrafında həyata keçirilən əlavə tədbirlələ onun paytaxtın müxtəlif rayonları, həmçinin Sumqayıt şəhəri ərazilərində bu ilin əvvəlindən saxlanılana qədər 100-ə yaxın mənzildən oğurluq etdiyi məlum olub. O, istintaqa verdiyi ifadəsində təkcə Xətai rayonunda 25 mənzildən oğurluq etdiyini etiraf edib.

Qeyd edək ki, Z. Süleykin oğurluq yolla əldə etdiyi qızıl-zinət əşyalarını paytaxtın müxtəlif ərazilərində yerləşən ticarət mərkəzlərində satıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Xəbər 3268 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +