Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı


16.12.2021  07:10 

Türkiyənin Ermənistan üzrə nümayəndəsi bəlli oldu





A+  A-

Türkiyənin Ermənistan üzrə təyin etdiyi xüsusi nümayəndənin adı açıqlandı.

XəzərNews.az xəbər verir ki, rəsmi Ankara Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə vəzifəsinə Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıcı təyin edib.

Bu barədə məlumat verən Türkiyə XİN-in başçısı Mövlud Çavuşoğlu onu da qeyd edib ki, Ermənistanla münasibətlərin normallaşdırılması prosesi üzrə işlər Azərbaycanla koordinə olunaraq aparılır:

"Biz Azərbaycan ilə hər bir məsələdə öncədən məşvərət edirik və Azərbaycanın məlumatı olaraq bu cür addımları atırıq. Kimsə Azərbaycandan xəbərsiz, ya da ayrı hərəkət edərikmi deyə sorğulamasın. Biz bir millət, iki dövlətik. Bunlar xeyirli addımlardır, hamımıza faydası olacaq".

Xatırladaq ki, Sərdar Kılıc təcrübəli diplomatdır. Bu usta diplomat ABŞ-dan əvvəl, Livanda və Yaponiyada Türkiyənin səfiri olub.

Erməniləri də kifayət qədər yaxşı tanıyan Sərdar Kılıcın özəl təmsilçi təyin edilməsi uğurlu təyinatdır.

Xəbər 1692 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +