Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


12.10.2017  16:14 

“Bizim də AŞPA-dan tələbimiz var“ - DADP sədri





A+  A-

Deyəsən, AŞPA (Avropa Şurasının Parlament Assambleyası) unudub ki, Azərbaycan Respublikası bu təşkilatın sadəcə üzvüdür, amma onun köləsi deyil.
XəzərNews.az xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib. O qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və Azərbaycanın müstəqil siyasət yürütməsi, ancaq öz milli maraqlarını öndə tutması isə antiazərbaycançı qüvvələri, o cümlədən, özünü əli dəyənəkli amerikan polisləri kimi aparan AŞPA-nı qane etmirsə, bu onların problemidir: “Azərbaycan isə öz əvvəlki kursunu davam etdirəcək”.
Partiya sədri əlavə edib ki, dünən AŞPA tərəfindən Azərbaycanla bağlı qərəzli sənədlərin qəbul edilməsi də məhz ölkəmizin müstəqil siyasət aparmasını istəməməkdən irəli gəlir: “ Amma mən AŞPA-nın Azərbaycana qarşı diskriminasiyon siyasətinə rəvac verən rəhbər şəxslərinə, xüsusən də cənab T.Yaqlanda belə bir sual vermək istərdim: Cənablar, siz indiyə qədər bizim ən böyük problemimiz olan Qarabağ məsələsinin həlli və qaçqınlarımızın hüquqlarının qorunması istiqamətində heç bir addım atmamısınız, bəs indi nə haqla bizimlə amiranə tonda danışır, tələbləri tələblərin dalınca yağdırırsınız? Bəyəm Avropa Şurasına üzv olmaq sizin tövsiyyələrinizi, tələblərinizi və əmrlərinizi qeydsiz-şərtsiz, gözüyumulu yerinə yetirmək anlamınamı gəlir? Siz özünüzü nə hesab edirsiniz?”
O sonda bildirib ki, biz hesab edirik ki, istər öhdəliklər, istərsə də hörmət və ehtiram birtərəfli yox, qarşılıqlı şəkildə olmalıdı: “Bu mənada, bu gün AŞPA-nın bizdən nələrisə tələb etməsi kimi, bizim də AŞPA-dan tələbimiz var: AŞPA, özünü əli dəyənəkli polis kimi aparma”.

Xəbər 1896 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +