Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


03.11.2023  21:42 

“ATEF Şirkətlər Qrupu”nda işçilər maaş ala bilmir





A+  A-

"ATEF Şirkətlər Qrupu” MMC-nin rəhbəri 8 milyon manatdan artıq olan borcundan cəmi 2 milyon manata yaxını ödəyə bilib.

Şirkət ötən ay İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 8 milyon 262 min 357 manat vergi borcundan cəmi 1 milyon 971 min 227 manatını ödəyib.

Şirkətin işçi heyətinə də külli miqdarda borcu yaranıb. İşçilər hələ də maaşlarını ala bilmirlər.

Qeyd edək ki, ATEF-in qanuni təmsilçisi Əlixanbəyov Emil Talıb oğludur. Onun atası Talıb Əlixanbəyov isə ATEF-in Müşahidə Şurasının sədridir. Külli miqdarda borcuna görə Emil Əlixanbəyovun ölkədən çıxışına məhdudiyyət də qoyulub.

Şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavodu, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu, bunlardan başqa, layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var.//Valyuta.az


Xəbər 1539 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +