Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


09.08.2017  21:56 

Fransada 2 ildir davam edən vəziyyət ləğv edilir





A+  A-

2015-ci ilin noyabrında Fransada törədilən terror aktından sonra elan edilən fövqəladə vəziyyət rejimi bu il 1 noyabrda bitə bilər.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Baş naziri Eduard Filip məlumat verib.

Filip bu gün Parisdə avtomobil hərbiçilərin üzərinə sürərək 6 nəfəri yaralayan şəxsi saxlayan polislərlə görüşdükdən sonra açıqlama verib.

O bildirib ki, fövqəladə vəziyyət rejimindən çıxdıqdan sonra Fransanın təhlükəsizliyini təmin etmək üçün qanun layihələri hazırlanacaq.

Baş nazir terror təhlükəsinin davam etdiyini və hüquq-mühafizə orqanlarının daim diqqətli olmalarının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Fransada fövqəladə vəziyyət rejimi sabiq prezident Fransua Ollandın təşəbbüsü ilə Parisdəki terror aktlarından sonra tətbiq edilib və bir neçə dəfə uzadılıb.



Xəbər 1304 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +