“Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib
Maliyyə Nazirliyinin rayon şöbələri ləğv edilib
ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı güllələndi
Rusiyadan enerji alanlara 500 faizlik tariflər gəlir
DİN narkotik tacirini ifşa etdi
Lavrov və Mirzoyan niyə bir-birini aldadır? - ŞƏRH
Prezidentin Macarıstan səfərindən görüntülər - VİDEO
İsrail atəşkəsi qəbul etməyə hazırdır -Netanyahu
Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi


17.03.2025  14:05 

Sərdar Cəlaloğlu moped vurub qaçıb?





A+  A-

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu idarə etdiyi avtomobillə mopedi vurub.

XəzərNews.az xəbər verir ki, bu iddia ilə "Müsavat”a moped sürücüsü Hüseyn Tanrıverdiyev müraciət edib.

Onun sözlərinə görə, hadisə martın 15-i səhər saatlarında Rəşid Behbudov küçəsində baş verib.

H. Tanrıverdiyev bildirib ki, S.Cəlaloğlu ona 50 manat pul verərək hadisə yerindən sürətlə uzaqlaşıb:

"Rəşid Behbudov küçəsindən üzü "28 May” tərəfə qalxırdım. Orada işıqfor yandı. Mən 3-cü xətdən 2-ci xəttə keçdim. O da birinci xətdən gəlirdi. Mən sola döndüyüm məqamda o məni vurdu. Sürətlə səki daşlarına dəydim, yerə yıxıldım. Ondan sonra insanlar ətrafıma yığışdı. Sərdar müəllim avtomobilini qabaqda saxlayıb yanıma gəldi, sadəcə "yaxşısan” filan deyərək maşınına tərəf getdi. Arxasınca gedib dedim ki, kömək edin. Mənə qayıdıb dedi ki, sən avtomobilimi vurmusan. Dedim ki, axı motosikletlə necə o böyüklükdə maşını vura bilərəm? Çıxarıb mənə 50 manat pul verdi. Həmin vaxt motosikletə baxmamışdım, sonradan baxanda gördüm ki, xərci 220 manat civarında edir. Qayıdıb təzədən söhbət etmək istəyəndə gördüm ki, yoxdur. Sürüb getmişdi…”

Sürücü qeyd edib ki, sonradan polis əməkdaşları hadisə yerinə gələrək şikayətçi olub-olmadığını soruşublar:

"Həmin vaxt üçün bunu düşünəcək vəziyyətdə deyildim. Dedim ki, özü ilə danışmışam. Düşünürdüm ki, sonradan maraqlanar. Polislər dedi ki, nəsə bir şikayətin olsa, Nəsimi Rayon Polis İdarəsinə yaxınlaşarsan. Mopedi ustaya göstərdim, dedi ki, 250 manata yaxın xərci var. Lap Sərdar müəllim də maraqlana bilər. Kiminsə mənə artıq pulu lazım deyil. Ailəmi öz zəhmətimlə dolandırıram. İndi də mopedi düzəltdirməyə imkanım yoxdur. Xahiş edirəm ki, Sərdar müəllim mənə kömək etsin. Sadəcə özü ilə əlaqə saxlamaq imkanım olmadığı üçün sizə üz tutdum”.

Sayt S. Cəlaloğlunun özü ilə əlaqə saxlayıb. Partiya sədri qəzada heç bir günahının olmadığını söyləyib, hətta dəyən ziyanı artıqlaması ilə ödədiyini vurğulayıb:

"Hara istəyirsə, müraciət etsin”.

Xəbər 2382 dəfə oxunub.



22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +