200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


03.01.2020  17:53 

Rusiyadan Süleymaninin öldürülməsinə - Reaksiya





A+  A-

Rusiya Xarici İşlər Nazirliyi İran generalı Qasım Süleymaninin İraqda ABŞ tərəfindən öldürülməsi ilə bağlı bəyanat verib.
XəzərNews.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Rusiya generalın ölümünə görə İran xalqına başsağlığı verib. Bəyanatda qeyd olunub ki, Q.Süleymaninin ABŞ-ın raket zərbəsi nəticəsində öldürülməsi bütün Yaxın Şərqdə gərginliyin artmasına səbəb olacaq.

"Süleymani İranın milli maraqlarının müdafiəsi işinə sədaqətlə xidmət edirdi", - nazirlikdən bildirilib.

Qeyd edək ki, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. İranın ali dini lideri Ayətullah Əli Xamenei Q.Süleymaninin öldürülməsinə görə qisas alacaqlarını söz verib. ABŞ silahlı qüvvələri yüksək döyüş hazırlığına gətirilib. İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı vəzifəsinə İsmayıl Kaani təyin olunub.

Xəbər 1186 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +