Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


22.03.2025  09:56 

DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə





A+  A-

Daxili İşlər Nazirliyi kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib.

XəzərNews.az xəbər verir ki, kiberdələduzlar öz cinayətkar niyyətlərini həyata keçirmək üçün hər ötən gün istifadə etdikləri üsulları yeniləyirlər:

“Whatsapp” və “Telegram”la sosial şəbəkə hesablarınıza və ya mobil nömrənizə dostunuz, yaxınınız və ya tanışınız hesab etdiyiniz şəxslərdən borca pul istəməsi ilə bağlı mesajlar gələ bilər. Profil şəkli, ad-soyad da eynidir. Siz də dostunuz olduğu üçün onun xahişinə yox demirsiniz, pulu göndərdiyi kart hesabına köçürürsünüz.

Bir neçə dəqiqədən sonra isə zəng edib və ya yazıb “pul kartına köçdümü?” deyə soruşmaq istədikdə ya həmin səhifənin bloklandığını, ya da sizə yazan zahirən dostunuzun nömrəsinə bənzəyən nömrəyə zəng çatmadığını görürsünüz. Kontaktınızda dostunuzla həmişə əlaqə saxladığınız nömrəni tapıb danışanda isə məlum olur ki, o, sizdən borca pul istəməyib və onun heç bu məsələdən xəbəri yoxdur.

Xəbər 3473 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +