Ramzan Kadırov Türkiyədə dənizdə boğuldu
İlham Əliyevin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı
Məşhur marketdə saxta araqlar aşkarlandı
Tailand Kambocaya rəsmən müharibə elan etdi-YENİLƏNİB
Talıbovlara məxsus olmuş restorana “stop“ qoyuldu
Ağsaqqallar Şurasında 14 milyonluq dələduzluq
Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artırılır
Füzulidəki yanğın Hadruta çatır
Arif Babayev reanimasiyaya yerləşdirildi
Rusiya Xarkova 500 kiloqramlıq bomba atdı


23.07.2025  18:02 

Zelenski ilə Putinin görüşü olacaq?





A+  A-

İyulun 23-də İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar prezident Vladimir Zelenski ilə Vladimir Putin arasında mümkün görüşə hazırlıq elementidir.

XəzərNews.az xəbər verir ki, bunu RİA Novosti- yə Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml görüşün versiyaları Kiyev və Moskva tərəfindən hazırlanmış atəşkəs memorandumlarının təsdiqi ilə əlaqələndirir. Peskov hesab edir ki, Zelenski və Putin artıq hazırlanmış sənədlərlə görüşməlidirlər.

"Memorandumların razılaşdırılması üçün görülməli olan bütün işlər görüşə hazırlıqdır. Amma bu kompleks işi görmədən görüşləri təfərrüatlı şəkildə təyin etmək çətindir. Bu mürəkkəb və çox geniş iş ən yüksək səviyyədə həyata keçirilməli olacaq", - Rusiya prezidentinin mətbuat katibi bildirib.

Ukrayna və Rusiya Federasiyasının danışıqlar qrupları iyulun 23-də, saat 19:00-da başlaması planlaşdırılır.

Danışıqlar Çırağan sarayında baş tutacaq.

Danışıqların yeni raundunda Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov rəhbərlik edəcək. Onunla yanaşı, qrupa Ukrayna Xarici İşlər, Kəşfiyyat Nazirliyi və Prezident Aparatının nümayəndələri də daxil olacaq.

Rusiya qrupunun tərkibi dəyişməyib, ona Putinin köməkçisi Vladimir Medinski başçılıq edir.

Xəbər 270 dəfə oxunub.




24.07.2025  17:22 

24 saatda 79 fələstinli öldü

24.07.2025  15:06 

Ağdamda yenidən yanğın başladı

24.07.2025  12:27 

Ağdaşda ailə faciəsi yaşandı


BÜTÜN XƏBƏRLƏR +