Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


21.07.2025  14:22 

Muharrem İncenin partiyası ləğv edilir





A+  A-

Türkiyə prezidentliyinə sabiq namizəd Muharrem İncenin rəhbərlik etdiyi Məmləkət Partiyası ləğv edilir.

XəzərNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyanın bağlanmasına qərar vermək üçün növbədənkənar qurultay çağırılıb.

Partiyanın baş qərargahında keçirilən toplantıya 667 nümayəndə dəvət olunub.

Qurultay partiya rəhbərliyindən sədr müavini Asuman Ali Güven və baş katib Halil İlker Çelikin rəhbərliyi ilə təşkil olunub. Partiya nizamnaməsinə əsasən, ilk gün səsverməyə keçilməsi üçün 50+1 faiz, yəni sadə əksəriyyətlə iştirak təmin olunmalıdır.

Qeyd edək ki, partiya 2021-ci ildə qurulub. Bir müddət əvvəl İnce CHP-yə qatılacağını bəyan edib.

Xəbər 385 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +