Kəmaləddin Heydərov rəis müavini təyin etdi
Prezident “ASAN xidmət”lə bağlı FƏRMAN imzaladı
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu vəfat edib
“Embawood” qüsurlu malı geri götürmədi... - Cərimələndi
Azərbaycanda polisi terrorla şantaj edən uşaq cəzalandırıldı
“Evimizi xəbərdarlıq etmədən sökürlər” – Nərimanov sakinləri
Məhşur restoranın səs-küyü sakinləri bezdirdi
Paşinyan Rusiyaya səfər öncəsi Trampla RAZILAŞDI - Zəngəzur dəhlizi...
33 məktəb direktoru işdən çıxarıldı
“Defacto” vətəndaşa malı 5 manat baha satdı - 4 min cərimələndi


05.04.2025  11:45 

Şagird direktor tərəfindən döyüldüyünü iddia edir





A+  A-

Xırdalan şəhər sakini Ramin Ağayev övladının məktəb direktoru tərəfindən döyüldüyünü iddia edir.

XəzərNews.az xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən valideyn bildirib ki, övladı Xırdalan şəhər 1 saylı orta məktəbin 5D sinfində oxuyur.

Atanın sözlərinə görə, məktəbli dekabrın 18-də təhsil ocağının direktoru Arifə Balakişiyeva tərəfindən döyülüb: "Məsələ ilə bağlı polisə, təhsil şöbəsinə və prokurorluğa müraciət etdim. Polisə müraciətdən sonra Arifə xanım 4 nəfər göndərərək şikayətimi geri çəkməyimi, əks halda məni öldürəcəklərini bildirərək hədələdi. Bunu təsdiq edən səs yazıları da var. Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən araşdırma aparıldığı və belə hadisənin baş vermədiyi deyilir. Sonra bildim ki, təhsil idarəsinin rəhbəri İlhamə xanım direktorun doğma xalası qızıdır".

Hazırda övladının həmin məktəbdə oxuduğunu deyən R.Ağayev hadisədən sonra müəllimlərin uşağın qiymətini kəsməsindən şikayətlənir: "Mən övladımı məktəbindən, sinif yoldaşlarından ayırmaq istəmədim. Onsuz da o hadisədən sonra övladım travma alıb. Hadisə ilə bağlı gəlib bizə məlumat verdiyi üçün indi də müəllimlər uşağıma təzyiq göstərir, onun qiymətini kəsirlər".

Əldə etdiyimiz məlumata görə, müraciətlə bağlı Abşeron Rayon Prokurorluğunda aparılan araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən həmin hissədə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilib.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlamışıq.

Xəbər 4494 dəfə oxunub.



23.07.2025  14:27 

Prezident fərman imzaladı

23.07.2025  11:24 

Kəlbəcərdə zabit vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +