Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


07.04.2023  18:21 

Azərbaycanın yardımı Kiyev anbarlarında çürüyür





A+  A-

Azərbaycandan göndərilən humanitar yardımlar Kiyevdəki anbarlarda çürüyür.

Bu barədə Ukrayna Baş Prokurorluğunun yaydığı məlumatda deyilir. Məlumatda bildirilir ki, Kiyevdəki anbarlarda Azərbaycan, Polşa və Britaniyadan hərbçilər üçün göndərilmiş humanitar yardım partiyası tapılıb.

Ukrayna Baş Prokurorluğunun prokurorları Ukrayna Milli Polisinin Baş İstintaq İdarəsinin müstəntiqləri ilə birlikdə Kiyevin Solomenski rayonundakı anbarlarda külli miqdarda saxlanılan humanitar yardım aşkar ediblər. Yardımlar uzun müddətdir ki, gizlədilib.

İbtidai istintaq zamanı Kiyevdəki anbarlarda yoxlamalar aparılıb. Nəticədə müxtəlif donor ölkələr, Polşa, Böyük Britaniya, Azərbaycan və s.-dən onlarla ton humanitar yardım aşkar edilib.

Ukrayna Sosial Siyasət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində bu humanitar yardımın paylanması və təyinatı üzrə istifadəsi proseduruna başlanılıb. Rəsmi tapılan yük Müdafiə Nazirliyinə, Beynəlxalq Legionun gürcü silahlılarına, Milli Qvardiyaya və digərlərinə göndərilib.

Prokurorluqdan bildirilib ki, cinayətdə iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir./konkret.az



Xəbər 1120 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +