Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


10.09.2017  18:32 

Supervulkanlar oyansa bəşəriyyətin 99 faizi məhv olacaq





A+  A-

Supervulkanların püsgürməsi bəşəriyyətin 99 faizini məhv edə bilər.
XəzərNews.az Virtualaz.org-a istinadən məlumat verir ki, NASA-nın mütəxəssisləri bu qənaətə gəlib. Onların fikrincə bu təhlükə yerə asteroidlərin yağması və 3-cü dünya müharibəsindən qat-qat təhlükəlidir.
Amma ekspertlər xilas planı da təklif edirlər.Tədqiqatlara görə hazırda dünyada 20-ə yaxın supervulkan var ki, onların faiciəvi püskürməsi təxminən hər 100 min ildən bir baş verir.
Amma alimlər hesab edir ki, bu vulkanları soyutmaqla bu faciədən qaçmaq da olar. Alimlər ABŞ-dakı “Yelloyston” vulkanını daha təhlükəli hesab edirlər, əgər bu vulkan püskürsə ətrafdakı 97 kilometrlik ərazidə hər şeyi məhv edəcək. Hesablamalara görə həmin əraziləri 1 metrlik kül qatı basacaq, havaya qalxan kül və qaz nəticəsində isə yerdə “vulkan qışı” başlayacaq və bu 10 illərlə davam edə və milyonlarla adamın ölümünə səbəb ola bilər.
Bununla belə alimlər hesab edir ki, bu yəqin ki, müasir insanın həyatında baş verməyəcək, ona görə də qarşısını almaq üçün hələ ki, vaxt var.Alimlər deyir ki, vulkan quyularını soyutmaq üçün ora su vurmaq lazımdır və bundan elektrik enerjisi də əldə etmək olar.
Belə ki, su quyuya vurulduqdan sonra qaynar şəkildə quyunun səthinə qalxacaq ki, bundan da elektrik enerjisinin istehsalında istifadə etmək mümkündür.

Xəbər 1254 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +