Heroin tədarükçüsü olan tacik Baklda saxlanıldı
“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda
Rusiyanın 13 regionu 112 PUA ilə vuruldu
Tramp fikrini niyə dəyişib?
İmtahana gizli telefon keçirənləri nə gözləyir?
Rusiyanın ən zəngin varisi - Yusif Ələkbərov
Bank kartlarından bu qədər pul oğurlandı
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq


22.05.2023  14:12 

Maaşa əlavələri necə almaq olar?





A+  A-

Konstitusiya Məhkəməsi fərdi əmək mübahisəsi zamanı işçiyə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul edəndən sonra belə ödənişləri necə alınması ilə bağlı suallara cavab olaraq bildiririk ki, bu fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

Qərara əsasən, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

Bununla belə, reallıqa əksər işçilər bu imkandan istifadə etmirlər və ya edə bilmirlər. İşçilərin bu hüquqlarının qorunması üçün vahid əmək müqavilələrinin hazırlanması və tətbiq olunması vacibdir.

Həmin müqavilələrində işçinin öhdəliyi ilə yanaşı, işəgötürənin əmək haqqını yubatması ilə bağlı tələblərin müəyyənləşməsinə və gecikdirilmiş hər günə görə bir faizinin hesablanmasının əmək müqaviləsinə daxil edilməsinə ehtiyac var. Bu bir tərəfədən işçinin öz hüquqlarını bilməsi baxımdan vacibdir, digər tərəfdən isə əmək mübahisəsi yaranan zaman ödənişin alınmasına imkan verə bilər.

Bu halda həm işəgötürənin öhdəliyi bu konteksdən rəsmiləşir və işəgötürən əmək müqaviləsində həmin öhdəliyi götürməklə belə hallar baş verdiyi təqdirdə işçiyə əlavə vəsaitin ödənilməsini təmin edir. Nəticədə, belə müqavilələr ilə işçilərin konstitutsional hüquqlarını tam qorumaq mümkün olar. Bu əməkhaqqının gecikməsi zamanın işçilərin maaşlarına daha qısa müddətdə əlavlərin ödənilməsinə gətirib çıxara bilər.

Vüqar Bayramov
Millət vəkili


Xəbər 1444 dəfə oxunub.




23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +