YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


04.06.2019  11:32 

Bu il Bakı məktəblərini 49 833 şagird bitirəcək





A+  A-

2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək.
İdarədən XəzərNews.az-a verilən məlumata görə, paytaxtda 45 616 nəfər I sinfi, 655 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vuracaq. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən xüsusi məktəblərdə isə IX sinfi 399 nəfər bitirəcək.

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 424 118 şagird təhsil alır. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 27 563 müəllim fəaliyyət göstərir.

2018-2019-cu tədris ilində paytaxt üzrə 264 ümumi təhsil məktəbində fəaliyyət göstərən 919 məktəbəhazırlıq qrupunu 23 840 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlıların 90 faizini təşkil edəcək

İyunun 4-nə (saat 10:00) olan məlumata əsasən, 2018-2019-cu tədris ili üçün paytaxtdakı ümumi təhsil müəssisələrinin I sinfinə mektebeqebul.edu.az saytı vasitəsilə 44 875 sorğu yerləşdirilib. Onlardan 41 430-u ümumi təhsil məktəblərini, 3 445-i isə lisey və gimnaziyaları seçib.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir.

Xəbər 1542 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +