Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


04.06.2025  14:57 

İşçilərin pulunu 2 dəfə azaldıb, rəhbərliyə verilən pul isə 43% artırdılar





A+  A-

Aktivlərinə görə ölkədə fəaliyyət göstərən 22 bank arasında 20-ci sırda olan “AFB Bank” ASC-nin ötən il üçün işçilərə 642 min manat ödəyəcəyi açıqlanıb.

Ötən il üçün “AFB Bank”ın DSMF ödənişləri isə 110 min manat olacaq.

Müqayisə üçün bildirək ki, əvvəlki illə müqayisədə işçilərə ödəniləcək vəsaitlər 2 dəfədən çox, DSMF ödənişləri isə 2 dəfəyə yaxın azalıb.

Belə ki, 2023-cü ilin maliyyə hesabatında işçilərə ödəniləcək vəsaitlər 1 milyon 361 min, DSMF önənişləri isə 219 min manat göstərilib.

Onu da qeyd edək ki, “AFB Bank”da işçilərə ödəniləcək vəsaitlər kəskin şəkildə azalsa da, Müşahidə Şurası və İdarə Heyətinin üzvlərinə ödənişlər artıb. Belə ki, Müşahidə Şurası və İdarə Heyətinin üzvlərinə ödənilən qısamüddətli müavinətlər 2023-cü ildə 700 min manat olduğu halda, 2024-cü ildə 43% artaraq 1 milyon 4 min manata yüksəlib./Yeniavaz.com

Xəbər 156 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +