Söz verildi: Bu qədər artıq kartof yetişdiriləcək - Ucuzlaşacaq?
Qanunsuz tikinti sökülüb -Fotolar
Türkiyədə güclü zəlzələ: Azyaşlı qız öldü -Video
Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...


12.05.2025  11:39 

Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib





A+  A-

Əməyin mühafizəsi sahəsinə dair Azərbaycan və Türkiyə nümayəndə heyəti arasında birgə müzakirə aparılıb
Xezernews.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin Dövlət Əmək Müfəttişliyi Xidmətində rəsmi görüşləri keçirilib.

Görüşlərdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin rəhbər heyəti, Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin rəhbər şəxsləri və müvafiq sahə üzrə mütəxəssislər iştirak ediblər.

Görüşlər zamanı türkiyəli mütəxəssislərə Xidmətin tabeliyində yaradılan Əməyin Mühafizəsi Mərkəzinin hazırki fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib.

Xidmət rəisi Vəli Quliyev hər iki ölkə üzrə əməyin mühafizəsi sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən və bu sahədə beynəlxalq standartlara uyğun həyata keçirilən islahatlardan danışıb.

V.Quliyev qeyd edib ki, əməyin mühafizəsi üzrə effektiv nəzarət mexanizmlərinin yaradılması, işçilərin təhlükəsiz və sağlam şəraitdə çalışmasının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu istiqamətdə görülən tədbirlər müsbət nəticələr verir və qarşılıqlı təcrübə mübadiləsi bu sahənin daha da inkişafına zəmin yaradır.

Türkiyənin nümayəndə heyəti isə öz növbəsində əmək münasibətləri və əməyin mühafizəsi sahəsində ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Onlar Azərbaycanla əməyin mühafizəsi sahəsi üzrə bilik və təcrübə mübadiləsinin qarşılıqlı fayda verəcəyini bildiriblər.

Daha sonra Türkiyənin nümayəndə heyəti Əməyin Mühafizəsi Mərkəzində olub, Mərkəzin mövcud texniki bazası və əməkdaşları ilə tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, səfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə təsdiq edilmiş 2024-2025-ci illər üzrə Tədbirlər Planında nəzərdə tutulan “Əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində təcrübə mübadiləsi və bu sahədə kadr hazırlığının həyata keçirilməsi” tədbirinin icrası məqsədilə baş tutub.

Xəbər 1771 dəfə oxunub.




03.06.2025  09:58 

Qanunsuz tikinti sökülüb -Fotolar

02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb


BÜTÜN XƏBƏRLƏR +