İrana Ermənistan mediasındakından daha açıq dəstək var - Deputat
Fidan Məmmədova saxlanılıb - 42 min manata ələ keçirib
Əcəb edib çəkilmişəm, vəssalam - Rasim Balayev
İran Təl-Əvivdə “Mossad“ın binasının vurub
Azərbaycanı hədələyən azərbaycanlılar İrandan qaçıb
Bakının bir çox ərazilərində su yoxdur
İran İsrailə kütləvi ballistik raketlər atdı
Rusiya Kiyevi vurdu: 14 nəfər həlak olub
Tramp: Hamı Tehranı dərhal boşaltmalıdır
SEPAH generalı Əli Şadmani öldürülüb


14.02.2022  10:12 

Müəllim hakimdən ŞİKAYƏTÇİdir – Dövlət adından YANLIŞ QƏRARlar çıxarır...





A+  A-

Əmək fəaliyyətinin 42 ilini pedoqoji fəaliyyətə həsr edən Cəlilabad rayon Ocaqlı kənd sakini Fəxrəddin Ağayev rayon məhkəməsinin hakim Elxan Əmirəliyevdən şikayətçidir. F.Ağayev iddia edir ki, E.Əmirəliyev məhkəmə qətnamələrini özünün bildiyi və “tətbiq etdiyi metodlar” əsasında çıxarır.

Şikayətçi XəzərNews.az-a açıqlamasında qeyd edir ki, 1975-2017-ci illərdə rayonun Ocaqlı kənd orta məktəbində Tarix müəllimi, 2018-2020-ci illərdə isə direktor müavini kimi işləyib. 2020-ci ildə məktəbdə əmək müqaviləsi müddətinin artırılıması ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamı çıxarılması üçün Cəlilabad rayon Məhkəməsinə müraciət edib:

“Lakin Cəlilabad rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyev 24.06.2021, 14.07.2021 və 24.08.2021-ci il tarixli məhkəmə prosesində nə cavabdehin, nə də səlahiyyətli nümayəndənin işində olmayan “faktlar”, “sübutlar” taparaq hüquq normalarına müvafiq qiymət vermədi, heç bir əsas olmadığı halda iddiamın təmin edilməməsi barədə yanlış qətnamə çıxartdı”.



Şikayətçi iddia edir ki, çalışdığı məktəbin direktoru şifahi və yazılı şəkildə hakimə müraciət edərək onunla əmək müqaviləsi bağlamaq istədiyini vurğulayıb:

“Hakim Elxan Əmirəliyev isə “yaxşı, aydındır”, - deyib qətnaməni öz kefinə uyğun çıxartdı. O, bununla da əmək qanunvericiliyini, Konstitusiyanın tələblərini, İnsan Hüquqları Konvensiyasını, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozdu”.

F.Ağayev iddia edir ki, buna səbəb məhkəmədə gəzən dəllalları özünə yaxın buraxmaması olub:

“Məhkəməyə gəlib-gedərkən Elxan Əmirəliyevin ortalıqda dolaşan dəllalları mənə də “padxod” elədilər, lakin 42 ilin müəllimi və ədalətli qərarın çıxarılacağına iddia etdiyimi bildikdən, rüşvət məsələlərinə qarşı kəskin mövqe tutduğumu anladıqdan sonra məndən uzaqlaşdılar”.



F.Ağayev iddia edir ki, 2017-ci ildə onun 65 yaşı tamam olub:

“Ondan sonra 3 il əmək müqaviləsi ilə çalışmışam. Lakin 2021-ci ildə təkrar 2 il işləmək üçün məhkəməyə müraciət etmişəm. AR Əmək Məcəlləsinin 10-1.2.ci maddəsində açıq mətnlə bəyan olunur ki, “Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir”. Belə olan halda mənim hələ bundan sonra da 2 il işləmək hüququm olub. Təəssüf ki, hakim Elxan Əmirəliyevin gətirdiyi yalançı, qərəzli və qeyri-obyektiv faktlar yanlış qərarla nəticələndi. Belə ki, qətnamədə göstərilir ki, guya mən 1980-ci ildən direktor müavini işləmişəm. Hətta gah 31 mart, gah 31 avqust tarixləri yazaraq saxtakarlığa yol verib. Lakin mənim Əmək kitabçamda nə zamandan əmək fəaliyyəti ilə məşğul olduğum (1975-2017-ci illərdə tarix müəllimi), direktor müavini (2018-2020-ci illərdə direktor müzvini) işlədiyim açıq-aydın göstərilir. Təəssüf ki, hakim Elxan Əmirəliyev Dövlətin qanuni Əmək kitabçasına deyil, öz gəldiyi qənaətə əsaslanaraq yanlış qərar çıxartdı”.

F.Ağayev qeyd edir ki, internet mediada Cəlilabad rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyev və köməkçisi Şahin Sultanzadə ilə bağlı xeyli sayda şikayət xarakterli məqalələr var:

“Biz bu məlumatları görür, oxuyuruqsa, deməli, dövlətin, xüsusən də Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası da baş verənlərdən məlumatlıdır. Belə olan təqdirdə insanları dövlətdən, onun hüquq sistemindən, ədalət mühakiməsindən niyə narazı salırlar?”

F.Ağayev Cəlilabad rayon Məhkəməsinin qərarından Şirvan Apellyasiya Məhkəməsinə müraciət etdiyini də bildirib:



“İş üç ay icraatda qaldı. Nəhayət 13 yanvar 2022-ci il tarixdə hakim Nüsrət Mirzəyevin sədrliyi ilə 20 dəqiqəlik prosesdə Cəlilabad rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qərarı qüvvədə saxlanıldı”.

F.Ağayev bildirir ki, Məhkəmə-Hüquq Şurasının 07 may, 2021-ci il tarixli iclasında korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiyinə görə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Nüsrət Mirzəyevə töhmət verilib:

“Göründüyü kimi, belə bir hakim işə obyekt baxa bilməzdi. Təəssüf ki, belə də oldu.”

F.Ağayev qeyd edir ki, pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı sona kimi mübarizə aparacaq.

Redaksiyadan: Əlimizdə məhkəmə qərarları olduğu üçün F.Ağayevin iddiaları ilə bağlı yazıda adı keçən hakimlərdən münasibət öyrənə bilmədik. Bütün hallarda yazıda adı keçən hər bir şəxsin mövqeyini dərc etməyə hazırırıq.

Yusif XƏZƏR


Xəbər 2779 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir

16.06.2025  11:16 

Pənah Hüseyn niyə istefa verdi?

16.06.2025  11:13 

İsrail itkilərini açıqladı

15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi


BÜTÜN XƏBƏRLƏR +