Ruslan Kravçenko Ukraynanın baş prokuroru təyin edildi
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Lukaşenko inəklərə abidə qoyulmasını istəyir
İran səfiri erməniləri rahatlatdı: Sızma yoxdur
Azərbaycan İsraildən Güneyi vurmamağı xahiş edib?
Xaçmazda tələbə vəfat edib
İki rayona yeni prokuror təyin edilib
İrana Ermənistan mediasındakından daha açıq dəstək var - Deputat
Fidan Məmmədova saxlanılıb - 42 min manata ələ keçirib
Əcəb edib çəkilmişəm, vəssalam - Rasim Balayev


29.08.2018  17:02 

Yeni şəxsiyyət vəsiqələri ilə bağlı - İki nazir bir araya gəldi





A+  A-

Daxili İşlər Nazirliyi (DİN) və İqtisadiyyat Nazirliyi sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı birgə müşavirə keçirib.
XəzərNews.az-a daxil olan məlumata görə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Əsanamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 23 oktyabr 2013-cü il tarixli fərmanından və “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” 29 iyun 2018-ci il tarixli qanundan irəli gələn vəzifələrin icra vəziyyətinə həsr olunmuş birgə müşavirə keçirilib.

Müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan daxili işlər naziri qeyd olunan normativ-hüquqi aktların icrası ilə əlaqədar cari il sentyabr ayının 1-dən yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılacağını diqqətə çatdırıb, Daxili İşlər və İqtisadiyyat nazirliklərinin müvafiq strukturlarının və tərəfdaş “İdrak Texnoji Transfer” şirkətinin bütün ölkə ərazisində göstərilən tarixdən yeni sənədin verilməsi istiqamətində hazırlıq, texniki işləri uğurla başa çatdırdığını bildirib.

Ş.Mustafayev yeni nəsil şəxsiyyət vəsiqələrin tətbiqinə hazırlıq mərhələsində prosesə cəlb olunmuş bütün iştirakçıların birgə səmərəli əməkdaşlığını yüksək qiymətləndirib. O, qeyd olunan məsələlərin hər iki dövlət orqanının rəhbərliyi səviyyəsində dəfələrlə müzakirə edildiyini, qarşıya çıxan bütün problemlərin uğurla həllini tapdığını xatırladıb, bu işdə əməyi keçən bütün struktur qurumlara və şəxslərə təşəkkürünü bildirib.

Xəbər 2145 dəfə oxunub.




17.06.2025  16:41 

Xaçmazda tələbə vəfat edib

16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir


BÜTÜN XƏBƏRLƏR +