Ruslan Kravçenko Ukraynanın baş prokuroru təyin edildi
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Lukaşenko inəklərə abidə qoyulmasını istəyir
İran səfiri erməniləri rahatlatdı: Sızma yoxdur
Azərbaycan İsraildən Güneyi vurmamağı xahiş edib?
Xaçmazda tələbə vəfat edib
İki rayona yeni prokuror təyin edilib
İrana Ermənistan mediasındakından daha açıq dəstək var - Deputat
Fidan Məmmədova saxlanılıb - 42 min manata ələ keçirib
Əcəb edib çəkilmişəm, vəssalam - Rasim Balayev


03.04.2018  22:41 

Xalq şairi Qabilin anım günüdür - VİDEO





A+  A-

Şair Qabilin vəfatından 11 il ötür.
XəzərNews.az-ın məlumatına görə, 2007-ci il fevralın 3-dən 4-ə keçən gecə Xalq şairimiz ömrünün 81-ci ilində ürək çatışmazlığından dünyasını dəyişib. Fevralın 5-də Mahnı teatrının binasında keçirilən vida mərasimindən hazırlanmış videomaterialı nəzərinizə çatdırırıq.

Xatırladaq ki, Qabil Allahverdi oğlu İmamverdiyev 12 avqust 1926-cı ildә Bakıda, dәmiryolçu ailәsindә anadan olub. 1944-1948-ci illәrdә V.İ.Lenin adına Azәrbaycan Pedaqoji İnstitutunun filologiya fakültәsindә ali tәhsil alıb. Moskvada M.Qorki adına Әdәbiyyat İnstitutunun nәzdindә iki illik Ədәbiyyat kursunun mudavimi olub.

Әmәk fәaliyyәtinә 1948-ci ildә, Yardımlı qәsәbә orta mәktәbindә Azәrbaycan dili vә әdәbiyyat muәllimi kimi başlayıb. Sonrakı illәrdә “Azәrbaycan müәllimi”, “Әdәbiyyat vә incәsәnәt”, “Kommunist” qәzetlәrindә, Azәrbaycan Dovlәt Televiziya vә Radio Verilişlәri Komitәsindә, “Azәrbaycan” jurnalında müxtәlif vәzifәlәrdә çalışıb. Azәrbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sәdri olub.

Qabil әdәbiyyata 4 aprel 1944-cü ildә, “Әdәbiyyat qәzeti”ndә çap olunan “Gәl, baharım” adlı şeiriylә gәlib. “Qabil İmamverdiyev”, “Qabil Nikbin”, “Qabil” tәxәlluslәri ilә yazıb yaradıb. Yaradıcılığının şah әsәri sayılan “Nәsimi” mәnzum romanı 1976-cı ildә Azәrbaycan SSR Dovlәt Mükafatına layiq görülüb. “Azәrbaycan SSR Әmәkdar İncәsәnәt xadimi”, “Azәrbaycan Respublikasının Xalq şairi” fәxri adlarını alıb. “Şöhrәt” vә “İstiqlal” ordenlәri ilә tәltif olunub.

Azәrbaycan vә rus dillәrindә 100-dәn cox kitabı çap edilib.

Qabil 4 aprel 2007-ci ildә vәfat edib. Azәrbaycan Prezidenti İlham Әliyev, dövlәt vә hökumәt rәsmilәrinin iştirakı ilә Rәşid Behbudov adına

Mahnı Teatrında vida mәrasimi keçirilib. Qabil 1-ci Fәxri Xiyabanda dәfn edilib.


Xəbər 2573 dəfə oxunub.




17.06.2025  16:41 

Xaçmazda tələbə vəfat edib

16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir


BÜTÜN XƏBƏRLƏR +