Bu həftə sülh sənədi imzalanacaq?
Tender keçirmədən 5,8 milyonluq 7 satınalma müqaviləsi imzalandı
“Heç nə, yaşayıram” - Sabiq nazir
21 direktor işdən çıxarıldı
Panfarsçılar Pezeşkianı niyə hədəf alıblar?
Mixail Qusman Bakıya gəldi
Bakıda 40 dərəcə isti olacaq
Rusiya Ukraynanın Atom Elektrik Stansiyasını vurub
8 yaşlı qızın bədənində siqaret söndürüblər?
Avtobusun qarşısından yolu keçəndə maşın vurdu


10.04.2017  17:14 

Patruşev İlham Əliyevin QƏBULUNDA





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik, humanitar və bütün digər sahələrdə inkişafından məmnunluq ifadə edərək dedi ki, təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq ümumilikdə əlaqələrimizin uğurlu inkişafının əsasını təşkil edir. Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığımızın çox yaxşı səviyyədə olduğunu bildirən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan ilə Rusiyanın həyata keçirdiyi daimi təmaslar və bir çox məsələlərin birgə həlli bu baxımdan böyük önəm daşıyır, regionumuzda mövcud olan vəziyyət təhlükəsizlik sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsini zəruri edir.

XəzərNews.az-ın məlumatına görə, Prezident İlham Əliyev əminliyini ifadə etdi ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin ölkəmizə səfəri qarşılıqlı fəaliyyətin, təhlükəsizlik sahəsində əməkdaşlığın, risklərin minimallaşdırılması, ölkələrimizin inkişafı və xalqlarımızın firavanlığının təmin edilməsi kimi məqsədlərə nail olunması işinə öz töhfəsini verəcək.

Nikolay Patruşev ilk növbədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səmimi salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi qeyd etdi ki, Azərbaycan və Rusiya dövlətləri başçılarının ölkələrimiz arasında münasibətlərin inkişafından razılıq ifadə etmələri böyük önəm daşıyır və prezidentlər arasında olan münasibətlər bütün digər qurumların da səmərəli fəaliyyətinə təkan verir. Əlaqələrimizin inkişafında təhlükəsizlik məsələlərinin böyük rol oynadığını deyən Nikolay Patruşev qeyd etdi ki, təhlükəsizlik təmin olunarsa iqtisadi, mədəni və bütün digər sahələrdə əməkdaşlığın inkişafında hər hansı bir problem ola bilməz. Bu gün beynəlxalq aləmdə vəziyyətin kifayət qədər gərgin olduğunu qeyd edən qonaq səfəri zamanı Azərbaycan tərəfi ilə beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağını vurğuladı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlət başçısı Prezident Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Rusiya Federasiyasının Prezidentinə çatdırmağı xahiş etdi.

Xəbər 3585 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.08.2025  18:36 

Sabunçuda narkokuryer TUTULDU

04.08.2025  16:01 

21 direktor işdən çıxarıldı

04.08.2025  13:18 

Avtomobildən yıxılan kişi ÖLDÜ

04.08.2025  12:54 

Mixail Qusman Bakıya gəldi

04.08.2025  12:28 

Bakıda 40 dərəcə isti olacaq

04.08.2025  11:33 

6 aylıq uşaq infarktdan öldü

04.08.2025  11:29 

Nazir ona yüksək vəzifə verdi

04.08.2025  10:43 

Xaçmazda meşədə yanğın olub


BÜTÜN XƏBƏRLƏR +