200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


05.09.2023  16:02 

Amal Teymurov tutduğu vəzifəsindən azad olunub





A+  A-

Uzun illər Fövqaladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəis vəzifəsində çalışmış Amal Teymurov tutduğu vəzifəsindən azad olunub.

XəzərNews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Maddi-Texniki Təchizat İdarəsinin rəisi, 1984-cü il təvəllüdlü Amal Kazım oğlu Teymurov işdən azad edilib.

Əldə etdiyimiz məlumata görə, rəisin vəzifəsindən azad edilməsinə səbəb Fövqaladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsində aparılan yoxlamalar olub. Belə ki, İdarə nazirliyin Mərkəzi Aparatının və tabeliyində olan qurumların maddi-texniki təchizatı, maddi-texniki vasitələrin saxlanılması və istismarında ciddi maliyyə pozuntularına yol verib.

Qeyd edək ki, KİV-də mütəmadi olaraq Amal Teymurovla bağlı qalmaqallı məlumatlar yayılır. O, Bilgəhdə milyonluq malikanəsi ilə gündəmə gəlmişdi.

Xəbər 2001 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +