200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


15.06.2022  11:03 

Azərbaycan Cənubi Koreyada keçirilən elmi konfransda - Foto





A+  A-

11-12 iyun tarixdə Cənubi Koreyanın Seul şəhərində APACRS (Asia-Pacific Assocation of Cataract&Refractive Surgeons) 2022 konqresi keçirildi.

XəzərNews.az xəbər verir ki, konqresdə oftalmologiya sahəsindəki elmi yeniliklər, müasir texnologiyalar və yeni biliklər müzakirə edildi.

Konfransda Joon Young Hyon (Prezident KSCRS), Prof.Graham Barrett (Avstraliya), Prof.Hungwon Tchah (Cənubu Koreya), Prof.Chul Young Choi (Cənubu Koreya), Dr.Chan Wing Kwong (Sinqapur), Prof.Ronald Yeoh (Sinqapur), Oliver Findl (Avstriya), Dr.Kimiya Shimizu (Yaponiya), Prof.Thomas Kohnen (Almaniya) və digər ölkələrin alimləri iştirak etdilər və oftalmologiyada olan yeniliklərlə çıxış oldu, suallar səsləndi, maraqlı müzakirələr oldu.

Dünyanın bir çox yerindən oftalmoloqların iştirak etdiyi konqresdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən, AOC-un (Azərbaycan Oftalmoloqlar Cəmiyyəti) sədr müavini, t.ü.f.d. Yazgül Abdıyeva “Epidemiology of allergic conjunctivitis” adlı poster məruzə ilə çıxış edib.

Həmçinin konfransda AOC üzvləri H.Qəhrəmanov, Ş.Əsədova iştirak ediblər.

Asiya-Sakit Okean Katarakt və Refraktiv Cərrahlar Assosiasiyası (APACRS) ilk olaraq katarakt və refraktiv cərrahiyyədə dinamik inkişafı əks etdirmək üçün Asiya-Sakit Okean Gözdaxili İmplant Assosiasiyasından (APIIA) inkişaf etmişdir. APACRS Asiya-Sakit Okean regionunda regional təşkilatlarla illik iclasını keçirir. Cəmiyyətin əsas funksiyası Asiya-Sakit Okean regionunda ön seqment oftalmoloji cərrahiyyənin müxtəlif sahələrində irəliləyişlərin yayılması və inkişafıdır.

Növbəti 35 ci APACRS konfrans CSCRS in (CSCRS 23) birgə təşkilatçılığı ilə Chengdu -da keçirilməsi nəzərdə tutulur.



Xəbər 1632 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +