200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


21.01.2021  16:05 

Postlardan 2315 maşın qaytarılıb





A+  A-

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
DİN-dən XəzərNews.az-a verilən məlumata görə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar tərəfindən 2021-ci il yanvarın 20-də də karantin rejimi qaydalarının və tələblərinin pozulması halları aşkarlanıb.

Nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2315 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 nəfər barəsində həbs, 1296 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

Ev şəraitində müalicə təyin edilən 2 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və barələrində cinayət işi başlanılıb.

Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.

Xəbər 2544 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +