200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


21.01.2021  15:36 

AMEA Qarabağda dronlarla monitorinq aparacaq





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı rezidentinin istehsal etdiyi dronlar işğaldan azad olunmuş ərazilərin radiasiya fonunun ölçülməsində istifadə olunacaq.
AMEA-dan XəzərNews.az-a verilən məlumata görə, Yüksək Texnologiyalar Parkının rezidentlərindən olan “AZELTECH” şirkəti tərəfindən dronların istehsalı üçün hazırlıq işləri görülür.

Bu dronlardan işğaldan azad olunmuş ərazilərimizdə meşə və su təsərrüfatının, flora və fauna tərkibinin tədqiqi, eləcə də Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının nüvə tullantılarının ərazilərimizdə basdırılma ehtimalı yüksək olduğundan bu bölgənin radioekoloji monitorinqinin aparılması məqsədilə istifadə olunacaq.

Hazırda dronlar üzərində sınaq işləri həyata keçirilir. Bu məqsədlə baza dronunun üzərinə ərazilərin radioekoloji monitorinqini həyata keçirmək üçün qamma və neytron detektorları inteqrasiya olunur. Real vaxt rejimində mövcud koordinatda işğaldan azad olunmuş ərazilərin radiasiya fonunun ölçülməsi nəzərdə tutulur.



Xəbər 2069 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +