Suveyda atəşkəs razılaşması əldə edilib
O, kukla olmaq istəyir? - Paşinyan Karapetyanı ittiham etdi
Azər Qasımlıya ittiham elan olundu
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı
Həkim əməliyyat etdiyi xəstəni qəbul etmədi
Kiyev meri Vitali Kliçko əsgərlərə 3 min PUA verdi
Mutvalı Şıxlinski məhkəməyə gətirilib, amma...
Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi


01.02.2018  12:45 

Narkotik alverçiləri TUTULDU





A+  A-

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Hacıyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman 0,159 qram çəkidə güclü psixotrop təsirə malik narkotik vasitə olan “Metamfetamin” aşkar edilib.

Qeyd edək ki, S.Hacıyev bir neçə gün əvvəl narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də saxlanılıb. Amma məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan yox, alternativ qətimkan tədbirlərindən biri seçilərək azadlığa buraxılıb.

S.Hacıyev məhkəmə tərəfindən ona göstərilən humanizm prinsiplərindən sui-istifadə edərək yenidən narkotik maddələrin alqı-satqısında iştirak etdiyi üçün saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq S.Hacıyevə narkotik vasitəni satan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Mənmmədov da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı isə 8 qram “Metamfetamin” aşkar olunaraq götürülüb. Araşdırmalarla müəyyən edilib ki, R.Məmmədov narkotik vasitəni hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti məlum olmayan şəxsdən onlayn yolla sifariş edərək alıb. Həmin şəxs sifarişi qəbul edəndən sonra R.Məmmədov narkotik vasitənin pulunu ona pay-point vasitəsilə ödəyib. Pul hesaba köçürüləndən sonra saxlanılan şəxs psixotrop tərkibli narkotik maddəni əvvəlcədən razılaşdırılan yerdən götürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətlər və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 2995 dəfə oxunub.



16.07.2025  20:55 

Epi ləqəbli reper həbs olundu

16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur

16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU


BÜTÜN XƏBƏRLƏR +