Xaçmazda 15 yaşlı oğlu öldürülən ana fəryad edir
Putin İrana gedir... - Hazırlıqlar başladı
Atəşkəsə nail olmaq üçün... - Peskov açıqladı
Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?
DTX-dən xüsusi əməliyyat: Terrorçu ələ keçirildi
Azərbaycanlı gənc ABŞ-də nüfuzlu vəzifəyə gətirildi
Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar


13.05.2022  16:15 

“Aidiyyatı qurumlardan cavab istəyirik, yoxsa...”





A+  A-

“44 gün davam edən Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra müxtəlif dövlət orqanlarının, ictimaiyyət nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının işğaldan azad olunmuş rayonlarımızda, xüsusən Şuşa şəhərində keçirilən tədbirlərdə iştirakını xoş və təqdirəlayiq hal kimi qiymətləndiririk. Lakin həmin tədbirlərdə iştirak edən QHT əməkdaşlarının seçiminin hansı meyarlarla müəyyən edildiyinə aidiyyatı qurumlardan cavab istəyirik”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri Vüqar Qədirov çıxış edib.

V.Qədirov bildirib ki, bu seçim:

1. 30 ildən artiq müddət ərzində Qarabağ, qaçqın və məcburi köçkün probleminin həllində göstərdikləri fəaliyyətə görədirmi?

2. Həmin QHT rəhbərlərinin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyalarının təbliğində, möhtərəm prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı vətənpərvər siyasətin dəstəklənməsində göstərdikləri fədakarlığa və fəaliyyətə görədirmi?

3. İşğaldan azad olunmuş rayonların hər hansısa birinin sakinidirlərmi?

4. 1-ci və ya 2-ci Qarabağ müharibəsinin iştirakçılarıdırmı? Və s. Siyahını uzatmaq olar.

5. Əgər bu səfərləri təşkil edənlər yuxarıda göstərilən meyarları üstün tuturlarsa nəyə görə bu siyahıların başında bizlər dayanmırıq?

6. Yox əgər başqa kriteriyalara üstünlük verilirsə o zaman açıqlayın cənablar!

V.Qədirov əlavə edib ki, dövlətin və möhtərəm prezidentimizin sizə verdiyi səlahiyyətlərdən istifadə edib Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliev ideyalarının sadiq təbliğatçılarını, möhtərəm prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsəlləh əsgərlərini şəxsi münasibətlər zəminində vurub sıradan çıxarmağa çalışırsınızsa buna gücünüz çatmaz:

“Biz açıqlama gözləyirik! Yoxsa açıqlamanı biz özümüz verəcəyik!”




Xəbər 1793 dəfə oxunub.




12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +