Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


19.10.2023  11:04 

“Xəzər Servis” insanları aldatmaqda davam edir... - Şikayət/Video





A+  A-

Paytaxtda fəaliyyət göstərən “Xəzər Servis” adlı guya işə düzəltmə şirkəti insanları aldatmaqda davam edir.

Xəzərnews.az-a muraciət edən şikayətçi Həsən Qurbanov (ad və soyad şərtdiri) bildirib ki, şirkət vasitəsilə başqa bir firmada işə düzəlib, bir müddətdən sonra isə işdən ayrılıb:

“İşə düzələn zaman “Şəhadətnamə”mi “Xəzər Servis”ə təqdim etmişdim. Artıq “Xəzər Servis”in məni yönləndirdiyi iş yerindən ayrılsam da 9 illik təhsil "Şəhadətnamə”mi geri ala bilmirəm. Bunun üçün “Xəzər Servis”ə 20 manat da pul ödəmişəm. Bu gün-sabaha salıb, arxivdədir deyib vaxtı uzadırlar”.



Şikayətçi qeyd edib ki, “Xəzər Servis”lə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindədir:

“Belə özbaşınalıq ola bilməz. Mənim kimi yüzlərlə insanı bu və ya digər şəkildə aldadıb pul qazanırlar.”



Xatırladaq ki, “Xəzər Servis” adlı firma ilə bağlı mətbuatda davamlı olaraq tənqidi materiallar gedib.

Şikayətçilər iddia edirlər ki, “Xəzər Servis” onlara başqa yalançı vədlər də verib.



Mütəxəssislər isə deyir ki, belə halların qurbanları hüquq-mühafizə orqanlarına müraciət etməlidir.

Xəzərnews.az olaraq firmanın mobil telefon nömrəsinə müraciət etdik. Problemlə bağlı sualımızı eşidən firmanın qadın əməkdaşı telefonu söndürdü.

Bax belə... Maraqlıdır, ölkənin paytaxtında vətəndaşlara qarşı dələduzluq edən “Xəzər Servis”lə bağlı hüquq-mühafizə oqanları niyə tədbir görmür?



Xəbər 1414 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +