Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


15.02.2019  10:21 

“Nikoil Bank”dan sabiq işçilərinin həbsinə - Reaksiya





A+  A-

Nikoil Bank sabiq işçilərinin işi üzrə istintaqın müvəffəqiyyətlə başa çatması ilə əlaqədar Baş Prokurorluğa öz minnətdarlığını bildirib.
XəzərNews.az xəbər verir ki, bank yaydığı məlumatda qeyd edir ki, 2016-cı ildə daxili istintaq zamanı Nikoil Bank tərəfindən Sumqayıt filialının bəzi sabiq işçilərinin fəaliyyətində qanun pozuntularını aşkar olunmuşdu. Nikoil Bank sabiq işçilərinə qarşı cinayət işinin açılması ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xahiş ilə müraciət edib.

Bu gün Baş Prokurorluq tərəfindən bu işin gedişatı ictimaiyyətə açıqlandı və rəsmi bəyanatda istintaqın nəticələri yayımlanıb. Nikoil Bank bu istintaqın uğurla başa çatması ilə əlaqədar Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına öz minnətdarlığını bildirir.

2016-cı ildən etibarən Nikoil Bankın yeni rəhbərliyi daxili proseslərdə islahatların həyata keçirilməsilə müasir idarəetmə proseslərini tətbiq etdi. Bank xidmətlərinin göstərilməsində rəqəmsal transformasiyanı həyata keçirən Nikoil Bank artıq yeni inkişaf mərhələsinə keçid alıb.

Xəbər 1489 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +